“Japan Open”: Almaniyalı tennisçi 1-ci turda məğlub olub

“Japan Open”: Almaniyalı tennisçi 1-ci turda məğlub olub

Almaniyalı tennisçi Aleksandr Zverev “Japan Open” turnirinin ilk mərhələsində uduzub.

Mediasport.az xəbər verir ki, ATP-nin (“Association of Tennis Professionals” – Peşəkar Tennis Assosiasiyası) təşkilatçılığı ilə keçirilən yarışda Zverevi avstraliyalı həmkarı Cordan Tompson mübarizədən kənarlaşdırıb.

1 saat 35 dəqiqə davam edən oyunda Cordon Aleksandrı 2 setdə (6:3, 6:4) məğlub edib. 29 yaşlı Tompson növbəti mərhələdə Ben Şelton – Taro Daniel cütünün qalibi ilə qarşılaşacaq.