Tennisçilərimiz Xorvatiyaya “Europe youth series” turnirinə yollandılar

Tennisçilərimiz Xorvatiyaya “Europe youth series” turnirinə yollandılar

Stolüstü tennisçilərimiz Avropa Stolüstü Tennis İttifaqının “Europe youth series” turnirində iştirak edəcəklər.

Azərbaycan Stolüstü Tennis Federasiyasından "mediasport"a verilən məlumata görə, aprelin 26-dan 30-dək Xorvatiyanın Osiyek şəhərində keçiriləcək yarışda 4 idmançımız gücünü sınayacaq.

Məşqçilər Mixail Timofeyev və Elnur Hidayətzadənin rəhbərliyi altında Yağmur Məmmədli, Xədicə Eylazova, Onur Quluzadə və Tunar Bağırov Xorvatiyaya yola düşüblər.

İdmançılarımız Osiyek turnirində həm şəxsi, həm komanda, həm də qoşa turnirdə mübarizə aparacaqlar.