Juninyo "Fənərbağça"da? - Forvard İstanbul klubuna təklif olundu!

Juninyo "Fənərbağça"da? - Forvard İstanbul klubuna təklif olundu!

"Qarabağ"ın forvardı Olavio Juninyo karyerasını Türkiyədə davam etdirə bilər.

Mediasport.az xəbər verir ki, 28 yaşlı braziliyalı Superliqa nəhəngi "Fənərbağça"ya təklif olunub.

Azərbaycan çempionunun bombardiri hücumçu axtarışlarını davam etdirən İstanbul təmsilçisinə məsləhət görülüb.

Menecerlər "sarı-lacivərdlilər"in rəhbərliyinə "sambaçı"nın kifayət qədər effektiv futbolçu olduğunu və Superliqaya rahat uyğunlaşacağını bildiriblər.

Qeyd edək ki, Juninyo bu mövsüm Azərbaycan Premyer Liqasında 14 qol vurub.