"Şamaxı" "Qarabağ"a qarşı

"Şamaxı" "Qarabağ"a qarşı

Yeni mövsüm hazırlıqlarını davam etdirən "Şamaxı" ilk yoxlama oyununu "Qarabağ"a qarşı keçirəcək.

MediaSport.az xəbər verir ki, növbəti mövsümdən 1-ci Liqada yarışacaq bölgə təmsilçisi Ağdam klubunun əvəzedici komandası ilə qarşılaşacaq.

Oyun iyulun 21-i, saat 18:00-da Şamaxı şəhər stadionunda baş tutacaq.