AFFA Ramil Şeydayev və Todor Todoroskiyə görə klublarını cərimələdi

AFFA Ramil Şeydayev və Todor Todoroskiyə görə klublarını cərimələdi

AFFA İntizam Komitəsi “Qarabağ”ın hücumçusu Ramil Şeydayevi ikisi şərti olmaqla üç oyunluq cəzalandırıb.

mediasport.az xəbər verir ki, buna səbəb 27 yaşlı futbolçunun “Sumqayıt”la ev qarşılaşmasından sonra rəqib oyunçu Todor Todoroskiyə əl-qot atması olub. Ağdam təmsilçisi 2400 manat cərimə ödəyəcək.

Sumqayıt klubu da makedoniyalı futbolçusuna görə bir o qədər maddi ziyana düşüb.