"Zirə"dən 200 minlik transfer - Braziliyalı futbolçu ilə anlaşdılar

"Zirə"dən 200 minlik transfer - Braziliyalı futbolçu ilə anlaşdılar

Qarşıdakı mövsümün hazırlıqlarını davam etdirən "Zirə" heyətini yeni futbolçu ilə gücləndirib.

MediaSport.az saytına daxil olan məlumata görə, qəsəbə təmsilçisi “Qəbələ”dən ayrılan Ruan Renato ilə anlaşıb.

Rəşad Sadıqovun komandası son iki mövsümü əyalət təmsilçisində keçirmiş braziliyalı müdafiəçi ilə 2 illik razılaşmaya qol çəkib.

29 yaşlı "sambaçı" yeni klubunda illik 200 min dollara oynayacaq.