Kamran Quliyev 70 yaşlı veterana futbolka hədiyyə etdi

Kamran Quliyev 70 yaşlı veterana futbolka hədiyyə etdi

“Neftçi”nin veteran futbolçusu Adil Hüseynov 70 illik yubileyini qeyd edir.

MediaSport.az xəbər verir ki, "ağ-qaralar"ın prezidenti veteranı təbrik etmək məqsədilə onunla görüşüb.

Klub rəhbəri Hüseynova üstündə ad-soyadı yazılmış futbolkanı xatirə hədiyyəsi kimi təqdim edib. Adil Hüseynov 1973-1976-cı illər ərzində “Neftçi”nin heyətində 18 oyun keçirib, 1 qol vurub.