Leverkuzen "Bayer"inin futbolçusu: "Yaşasın Azərbaycan" - FOTO
Almaniya Bundesliqasında "Bayer"in uğurları üçün çalışan İran millisinin türkmən əsilli hücumçusu Sərdar Azmun sosial şəbəkə hesabında Azərbaycana dəstək xarakterli gözəl paylaşım edib.
mediasport.az xəbər verir ki, 27 yaşlı forvard "İnstagram" səhifəsinin hekayə bölümündə "Yaşasın Azərbaycan" yazısını paylaşıb.
İranın bütün yaş qruplarından ibarət milli komandalarında forma geyinmiş Sərdar voleybolçu ailəsində doğulub. Atası Xəlil Azmun, anası və bacısı İranın voleybol millisinin formasını geyinib. Azmun 2014-cü ildən futbol üzrə əsas yığmanın heyətində çıxış edir. Bu müddətdə o, millilərdə ümumilikdə 102 oyuna 77 qol vurub.