Kaxaber Çxadadze bu legioneri komandadan göndərdi - RƏSMİ

Kaxaber Çxadadze bu legioneri komandadan göndərdi - RƏSMİ

“Qəbələ” israilli futbolçu Feras Abu Akalla yollarını ayırıb.

Mediasport.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.

2022-ci ilin iyulundan komandada çıxış edən legioner “qırmızı-qara” formada keçirdiyi 47 matçda 3 qol vurub.

Feras Premyer Liqada 37 (2 qol), Azərbaycan kubokunda 8 (1 qol), Konfrans Liqasında 2 oyunda iştirak edib.