"Qarabağ"ın tarixi qolunun müəlifi çalışdırdığı klubdan ayrıldı
“Qarabağ”ın keçmiş futbolçusu Muarrem Muarrem baş məşqçisi olduğu Şimali Makedoniyanın “Qostivar” klubundan ayrılıb.
Mediasport.az xəbər verir ki, mütəxəssis bu haqda paylaşım edib.
Ağdam klubunun tarixi ərzində ilk dəfə - 2014-cü ildə avrokuboklarda qrup mərhələsinə vəsiqə qazandığı "Tvente" ilə səfərdəki cavab matçında vurulan yeganə qolun müəllifinin çalışdırdığı komanda 9 turdan sonra lider “Rabotniçki”dən iki xal geri qalaraq, 17 xalla üçüncü pillədədir.
Xatırladaq ki, Muarem Ağdam klubunda iki dönəm - 2012-2015 və 2016-2017-ci illərdə forma geyinib.