Fernandu Santuş Şamaxıda, azarkeşlər oyuna maraq göstərmədi - FOTOLAR
Azərbaycan Premyer Liqasında 6-cı turun oyunları keçirilir.
Mediasport.az saytının Şamaxıya ezam olunmuş əməkdaşı xəbər verir ki, rayonun eyniadlı komandasının "Sumqayıt"la matçına ciddi maraq yoxdur.
Həftəsonu və uyğun hava şəraiti olmasına baxmayaraq, şamaxılıar tribunaların çox hissəsini boş saxlayıblar.
Cəmi 2400 azarkeş tutumu olan arenaya təxmini 1000-1200 nəfər gəlib.
Görüşü izləyənlər arasında Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş da var.