"Futbolçular indiki mərhələdə hələlik formadan uzaqdırlar" - BAXŞIYEV

"Futbolçular indiki mərhələdə hələlik formadan uzaqdırlar" - BAXŞIYEV

"Qəbələ” 2023-2024-cü illər mövsümünün hazırlıq prosesinin ilk mərhələsini başa vurub.

MediaSport.az xəbər verir ki, “qırmızı-qaralar”ın baş məşqçisi Elmar Baxşıyev Qəbələdə təşkil olunan toplanış barədə fikirlərini bölüşüb.

Mütəxəssis hazırlıq prosesində planlaşdırdıqları detalların üzərində çalışdıqlarını deyib: "Komandanın istəkli olması sevindiricidir. Məşqlərdə bu istəyi görürdük. İndiki mərhələdə əsasən yükləmələrin üzərində dayanmışıq. Qarşıdakı Türkiyə toplanışında daha çox toplu çalışmalara üstünlük veriləcək və istiqamət matçlara yönələcək. Bununla da komanda oyun ritminə qayıdacaq”.

Baxşıyev futbolçuların durumu haqqında bunları qeyd edib: “Hazırlıq prosesinin indiki mərhələsində futbolçular hələlik formadan uzaqdır. İyunun 24-dən məşqlərə başlayan oyunçular digərləri ilə müqayisədə daha hazırlıqlıdır. Çünki onlar bizə bir müddət sonra qoşulublar. Türkiyə toplanışında bu boşluqları doldurulacaq. Yeni oyunçuların bəziləri həm fiziki forma, həm komandaya uyğunlaşma baxımından tez hazır oldular. Həmişə yerli və əcnəbilər bu komandada çətinlik çəkməyiblər. Sadəcə, fiziki durumlarını qaydasına salmaq lazımdır. Qarşıda üç yoxlama görüşü var. Bu matçlar komandanı daha hazırlıqlı etməlidir. Bizim verdiyimiz fiziki yükləmələrlə oyundakı fərqli olur. Daha çox istədiyimiz futbolçuların oyun yükünü almasıdır”.