"Kəpəz" bu futbolçunu "dubl"a göndərdi

"Kəpəz" bu futbolçunu "dubl"a göndərdi

Premyer Liqanın 16-cı turu çərçivəsində bu dəqiqələrdə "Sumqayıt"ı qəbul edəcək "Kəpəz"də itkilər var.

mediasport.az xəbər verir ki, Zamiq Əliyev ilə Ruslan Süleymanov zədə səbəbindən oyunu buraxacaq.

Giorgi Kantariya cəzalı durumda olduğuna görə matçda iştirak edə bilməyəcək. Zədədən yeni qayıdan Elvin Yunuszadə isə oyun təcrübəsini artırmaq üçün əvəzedici heyətə göndərilib.