"Sumqayıt"ı avrokuboklara çıxardı, müqaviləsi yenilənmədi - RƏSMİ
"Sumqayıt"da maraqlı gəlişmə yaşanıb.
Mediasport.az xəbər verir ki, son turda qələbə qolu ilə Samir Abasovun komandasının avrokuboklara çıxışını rəsmiləşdirən Erik Sorqa ilə yollar ayrılıb.
"Gənclik şəhəri" təmsilçisi 24 yaşlı estoniyalı forvardla başa çatan müqavilənin müddəti uzatmayıb.
Xatırladaq ki, hücumçu ötən mövsümün əvvəlindən Sumqayıt təmsilçisinin formasını geyinirdi.
Bu müddət ərzində 27 Premyer Liqa və 3 ölkə kuboku matçında meydanda olub, aktivində 7 qol, 3 məhsuldar ötürmə var.