Emin Cəfərov AÇ-nin Xorvatiya - Uels görüşünə təyinat alıb

  Emin Cəfərov AÇ-nin Xorvatiya - Uels görüşünə təyinat alıb

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.

Mediasport.az xəbər verir ki, Cəfərov qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində baş tutacaq Xorvatiya - Uels oyununun UEFA nümayəndəsi olacaq.

B Liqasının 4-cü qrupu çərçivəsində Karlovats şəhərində yerləşən "Branko Çavloviç-Çavlek" stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.

Xorvatiya - Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək