"Kəpəz" jurnalistlərə şərait yaratmadığına görə cərimələndi
AFFA İntizam Komitəsinin iclası keçirilib.
mediasport.az xəbər verir ki, toplantıda Azərbaycan Premyer Liqasının 3-cü turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.
18.08.2023-cü il tarixində Azərbaycan Premyer Liqasının III turunun “Kəpəz” – “Turan Tovuz” qarşılaşması bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Kəpəz” klubu 800 manat cərimə edilir (maddə 51.2);
İntizam Komitəsinin qərarları
18.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Kəpəz” klubunun azarkeşləri tərəfindən kütləvi şəkildə oyunun rəsmi şəxslərinin ünvanına təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Kəpəz” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
18.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Mix” zona təşkil edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 70.1);
18.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda zonaların tələblərinə riayət edilmədiyinə görə “Kəpəz” klubu 500 manat cərimə edilir (maddə 51.8);
18.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Kəpəz” – “Turan Tovuz” oyununda “Turan Tovuz” azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə “Turan Tovuz” klubu 1500 manat cərimə edilir (maddə 52.2);
20.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Qarabağ” – “Araz-Naxçıvan” oyununda “Araz-Naxçıvan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan” klubu 700 manat cərimə edilir (maddə 37);
20.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun 7 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);
20.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Neftçi” klubu 700 manat cərimə edilir (maddə 37);
20.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Sabah” – “Neftçi” oyununda “Sabah” klubunun azarkeşləri tərəfindən oyunun rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Sabah” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
20.08.2023-cü il tarixində Premyer Liqanın III turunun “Sabah” – “Neftçi” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə “Neftçi” klubuna xəbərdarlıq edilir (maddə 43.7);
20.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Qəbələ-2” – “Sumqayıt-2” oyununda topdaşıyan və xərəkdaşıyanlar matça təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Qəbələ-2” komandası 80 manat cərimə edilir (maddə 74.1);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında ev sahibi komandanın nümayəndəsi oyunöncəsi iclasa gec gəldiyinə görə “Qarabağ-2” komandası 40 manat cərimə edilir (maddə 73.2);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” qarşılaşmasında polis nümayəndəsi oyunöncəsi iclasda iştirak etmədiyinə görə “Qarabağ-2” komandası 80 manat cərimə edilir (maddə 73.1);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Qarabağ-2” – “Araz-Naxçıvan-2” oyununda “Araz-Naxçıvan-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Araz-Naxçıvan-2” komandası 70 manat cərimə edilir (maddə 37);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Neftçi-2” görüşündən əvvəl “Sabah-2” komandası elektron sistemdə oyunun protokolunu gec təsdiq etdiyinə görə 100 manat cərimə edilir (maddə 91);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının futbolçusu İdris İnqilablı ciddi qayda pozuntusuna görə birbaşa qırmızı vərəqə aldığı üçün 2 oyun cəzalanır, “Sabah-2” komandası 150 manat cərimə edilir (maddə 39.1);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Neftçi-2” komandasının futbolçusu Həbib İsmayılov ikinci sarı vərəqədən qırmızı vərəqə ilə aldığına görə 1 oyun cəzalanır, “Neftçi-2” komandası 50 manat cərimə edilir (maddə 36.5);
21.08.2023-cü il tarixində Əvəzedicilər liqasının III turunun “Sabah-2” – “Neftçi-2” oyununda “Sabah-2” komandasının 5 futbolçusu sarı vərəqə ilə cəzalandığına görə “Sabah-2” komandası 70 manat cərimə edilir (maddə 37).