"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt"da yeni müqavilə

“Sumqayıt” Futbol Klubu ilə “İkar Qrup” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

mediasport.az xəbər verir ki, “Kapital Bank Arena”nın konfrans zalında baş tutan tədbirdə klubun prezidenti Riad Rəfiyev və “İkar Qrup” MMC-nin rəhbəri Məzahir Abdullayev iştirak edib.

Müqaviləyə əsasən, "İkar Qrup" MMC-nin istehsal etdiyi "Kəhriz" brendi qarşıdakı 2 mövsüm ərzində “Sumqayıt”ın əsas su təminatıçısı olacaq.