Görün, kimlər "Pro" lisenziyası aldı
AFFA-nın Təhsil və Reabilitasiya mərkəzində UEFA-nın Pro kateqoriyalı məşqçi kurslarını müvəffəqiyyətlə başa vurmuş mütəxəssislərə müvafiq diplom və lisenziyalar təqdim olunub.
mediasport.az xəbər verir ki, diplom və lisenziyaları AFFA-nın baş katibi Sərxan Hacıyev, Texniki direktor Cahangir Həsənzadə və kursların təlimatçısı Aslan Kərimov təqdim edib.
Lisenziya alanlar arasında "Qəbələ"nin baş məşqçisi Elmar Baxşıyev, "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli, "Neftçi"nin keçmiş baş məşqçisi Füzuli Məmmədov də var.