"Kəpəz"də Tərlan Əhmədovu göndərib yerinə onu təyin etdilər - RƏSMİ

"Kəpəz"də Tərlan Əhmədovu göndərib yerinə onu təyin etdilər - RƏSMİ

"Kəpəz"də İdarə Heyətinin iclası keçirilib.

Gəncə klubundan mediasport.az saytına verilən məlumata görə, iclasın gündəliyinə iki məsələ daxil edilib.

İdarə Heyətinə yeni üzvlərin qəbulu və əsas komandaya baş məşqçi təyinatı toplantının əsas müzakirə mövzusu olub.

İdman direktoru Mehman Allahverdiyev və Müzadil Həsənov “Kəpəz” klubunun İdarə Heyətinə üzv qəbul edilib. İdarə Heyətinin qərarı ilə Azər Məmmədov əsas komandanın baş məşqçisi vəzifəsinə təyin olunub. Mütəxəssis ilə 1+1 illik müqavilə imzalanacaq.