Zaur Həşimov: "Hekken" Avropa klubudur, səviyyəli oyunçuları var"

Zaur Həşimov: "Hekken" Avropa klubudur, səviyyəli oyunçuları var"

"Qarabağ"ın bu gün "Hekken"ə qalib gəlib öz çıxşını Avropa Liqasında davam etdirəcəyinə inanıram. Bu, "Qarabağ" klubu, həm də ölkə futbol adına tarixdə bir ilk olacaq.

Bu sözləri Mediasport.az saytına açıqlamasında məşqçi Zaur Həşimov deyib

Veteran futbolçu keçmiş klubu "Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsinin son turu çərçivəsində bu gün Bakıda "Hekken"ə qarşı keçirəcəyi oyunu ilə bağlı danışıb.

Gənc mütəxəssis Ağdam təmsilçisinin şanslarını yüksək qiymətləndirib:

"Düşünürəm ki, "Qarabağ" bu fürsəti əldən verməyəcək. Komanda bəlkə də fərdi olaraq əvvəlki illərlə müqayisədə heyətinə görə zəif görünür. Amma komanda olaraq güclü və avrokubokda təcrübəlidirlər. "Qarabağ" bu rəqibə asan olmasa da, səfərdə qalib gəlmişdi. "Hekken" Avropa klubudur, səviyyəli oyunçuları var. Kevin Medinanın yoxluğu "Qarabağ" üçün böyük itkidir. Ümumən, bizi maraqlı və bir o qədər də həyəcanlı oyun gözləyir. "Qarabağ"a uğurlar arzulayıram".

"Qarabağ" - "Hekken" qarşılaşması saat 21:45-də başlanacaq.