Bakıda məyus olan "Zenit"li: "Kiçik stadion olsa da, səs-küylü idi"

Bakıda məyus olan "Zenit"li: "Kiçik stadion olsa da, səs-küylü idi"

"Bütün komanda üçün yaxşı sparrinq oldu. Ən azından oyun praktikası qazandıq".

Mediasport.az xəbər verir ki, bu sözləri Rusiya mətbuatına açıqlamasında 2 gün əvvəl Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü keçirən "Zenit"in qapıçısı Aleksandr Vasyutin deyib.

28 yaşlı qolkiper milli çempionatlarda yaranmış fasiləyə görə belə oyunların keçirilməsinin faydalı olduğunu bildirib:

"Yoldaşlıq matçları fasilə zamanı ən vacib məsələdir. Məğlub olsaq da, əsas oyun təcrübəsi idi. Reziuan Mirzovun qolları? Mənə elə gəlir ki, o, fərdi şəkildə epizodları dəyərləndirdi. Fikrimcə, biz daha yaxşı oynaya bilərik və oynamalıyıq. Atmosferə gəlincə, kiçik stadion olsa da, səs-küylü idi. Təbii ki, azarkeşlərimizin də səsini eşidirdik. Onları həmişə eşidə bilərsiniz. Dəstək olduqları üçün onlara təşəkkür edirəm. Bu hər zaman xoşdur".

Qeyd edək ki, "Neftçi" - "Zenit" qarşılaşması 2:1 hesabı ilə təmsilçimizin xeyrinə başa çatıb.