Millinin dörd üzvü klub futbolunda növbəti qarşılaşmalarına çıxırlar
Legioner həyatı yaşayan Azərbaycan millisinin daha 4 futbolçusunun klubu daxili birinciliklərdə növbəti oyunlarını keçirəcəklər.
Mediasport.az xəbər verir ki, Anton Krivotsyukun formasını geyindiyi Cənubi Koreyanın "Daejon" komandası evdə "Qvanqju"nu qəbul edəcək.
Finlandiya Yüksək Liqasında (Veikkausliqa) çempionluğa ən real namizədlərdən Ozan Can Kökçünün oynadığı "Helsinki" VPS-in qonağı olacaq.
Türkiyə 1-ci Liqasında çıxış edən Renat Dadaşovun komandası "Ankaragücü" evdə "İstanbulspor"u qəbul edəcək.
Albaniya Superliqasında Zamiq Əliyevin uğurları üçün çalışdığı "Eqnatia" səfərdə "Tirana" ilə üz-üzə gələcək.
Cənubi Koreya K Liqa 1. 29-ci tur
14:00 "Daejon" - "Qvanqju"
Finlandiya Veikkaus Liqası. 22-ci tur
17:00 VPS - "Helsinki"
Türkiyə 1-ci Liqası. 4-cü tur
20:15 "Ankaragücü" - "İstanbulspor"
Albaniya Super Liqası. 3-cü tur
22:00 "Tirana" - "Eqnatia"