"Öhdəliklərin yerinə yetirilməsində heç bir problem yaşanmayıb"
"Hər hansı futbolçunun əvəzedici komandadan əsas komandaya və ya əksinə əsas komandadan əvəzedici komandaya cəlb edilməsi normal haldır".
Bu sözləri Mediasport.az saytına açıqlamasında "Sabah"ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov deyib.
Klub rəsmisi yarımmüdafiəçi Ceyhun Nuriyev və qapıçı Nicat Mehbalıyevin əvəzedici heyətə göndərilməsilə bağlı sualımıza belə cavab verib:
"Bu, klubdaxili məsələdir. Klubun futbolçular qarşısında müəyyən müqavilə öhdəlikləri var. Əsas olan bu öhdəliklərin yerinə yetirilməsidir ki, bu baxımdan heç bir problem yaşanmayıb".
Qeyd edək ki, Masazır təmsilçisinin prezidenti Maqsud Adıgözəlovun yayda klubla müqaviləsi başa çatacaq adıçəkilən futbolçuların qarşısına yeni anlaşma imzalamaq tələbi qoyduğu və müsbət cavab almadığı üçün oyunçuların əvəzedici heyətə göndərildiyi deyilir.