Millətlər Liqası: Yığmamızın hazırlıq planı müəyyənləşib

Millətlər Liqası: Yığmamızın hazırlıq planı müəyyənləşib

Futbol üzrə Azərbaycan milli komandasının hazırlıq planı açıqlanıb.

Mediasport.az xəbər verir ki, yığmanın çalışdırıcısı hazırlıq keçmək üçün "Azərsun Arena"nı seçib.

Millimiz 2-3 sentyabr, 18:00-da sözügedən stadionda məşq keçəcək. 4 sentyabr, 19:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda oyunöncəsi son məşqinə çıxacaq.

Komanda 6 sentyabr, 16:00-da Slovakiyanın Koşitse şəhərinə yola düşəcək. Millimiz 7 sentyabr, Bakı vaxtı ilə 20:00-da Koşitse Futbol Arenasında Slovakiya ilə oyunöncəsi son məşqini keçirəcək.

8 sentyabr keçiriləcək oyundan sonra millimiz paytaxt Bakıya doğru yola düşəcək.

Azərbaycan milli komandası C liqasının 1-ci qrupu çərçivəsində 5 sentyabr Tofiq Bəhramov adına Respublika Stadionunda İsveç, 8 sentyabr Koşitse Futbol Arenasında Slovakiya ilə qarşılaşacaq. Hər iki oyun eyni vaxtda - 20:00-da başlayacaq.