"Komandama kömək edə bildiyim üçün şadam" - "Qəbələ"nin forvardı
"Qəbələ"nin braziliyalı hücumçusu Felipe Santos ölkəsinin mətbuatına açıqlama verib.
mediasport.az xəbər verir ki, "Esportenewsmundo"ya danışan 25 yaşlı forvard məqsədlərinin çempionatda yuxarı pillələrə qalxmaq olduğunu deyib:
“Bu mövsüm yaxşı keçir. Komandama kömək edə bildiyim üçün şadam. 3 mövqedə oynaya bilirəm. Bu, çox yaxşıdır. Rəqibdən və baş məşqçimizin taktikasından asılı olaraq mövqeyim dəyişə bilir. Ötən ilə nisbətən bu mövsüm daha yaxşıyam. Hədəfimiz liqada yuxarı pillələrə qalxmaqdır. Ölkə Kubokunda finala çıxa bilərik. Amma ilk olaraq yarımfinalda “Səbail”i məğlub etməliyik”.
"Qəbələ"də mövsümün əvvəlindən çıxış edən "sambaçı" 22 rəsmi matçda 3 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.