"AFFA İşçi qrupu yaradıb, funksiyası nədən ibarətdir, bilmirəm" - AÇIQLAMA

"AFFA İşçi qrupu yaradıb, funksiyası nədən ibarətdir, bilmirəm" - AÇIQLAMA

"Qarabağ" "Hekken"ə qarşı görüşdə yaxşı oyunlarından birini keçirmədi. Ola bilər ki, oyundan öncəki gərginlilk, tarixi uğurun astanasında olmaq və ya ilk dəqiqədəcə "Qarabağ"ın hesabı açması, Almaniyadan bizim üçün sərfəli nəticənin xəbərinin gəlməsi oyunun gedişatına təsir göstərdi.

Bu sözləri Mediasport.az saytına açıqlamasında tanınmış futbol meneceri Tural Əsgərov deyib. O, Ağdam təmsilçisinin illərdi gözlədiyi uğuru reallaşdırdığını bildirib:

"Qarabağ" rəqibindən daha səviyyəli komanda olduğunu göstərə bildi. Əslində, Ağdamlılar bu uğura 8 il qabağ imza atmalı idilər. Sadəcə, qismət belə oldu".

Azərbaycana gəlmiş ən səviyəli legionerlərin əksəriyyətinin transferində imzası olan Əsgərova, görəsən, milliyə baş məşqçi axtarışlarını davam etdirən AFFA-dan müraciət edən olub? Qış fasiləsində ölkəmizdə tanınmış futbolçulardan kimlərisə görə bilərik? Müsahibimiz suallara belə cavab verib:

"AFFA-nın iş mexanizimi ilə tanış deyiləm. Bilmirəm kimisə axtarırlar ya yox. İşçi qrupu yaradıblar, funksiyası nədən ibarətdir, bilmirəm. Mənə heç kim müraciət etməyib. Buna görə də onlara heç kimi təklif etməmişəm. Onların öz yolu var, yanılmaq istəmirəm. O ki qaldı qışda ölkəmizə gələ biləcək tanınmışlara, bunun üçün çalışırıq elə legionerlər gətirək ki, klublarına xeyiri dəysin. Biz oyunçuları təqdim edirik, son qərarı baş məşqçilər verir. Bu baxımdan transferin uğurlu olub-olmaması onların işinin göstəricisidir. Ənənəvi olaraq işimizi davam etdiririk".


Tarverdi