İspaniya La Liqasında ən bahalı futbolçulardan ibarət rəmzi heyət

İspaniya La Liqasında ən bahalı futbolçulardan ibarət rəmzi heyət

Məşhur "Transfermarkt" portalı 2023/2024-cü illər mövsümündə İspaniya La Liqasında çıxış edən ən bahalı futbolçulardan ibarət simvolik "11-lik" tərtib edib.

Mediasport.az xəbər verir ki, rəmzi komandada "Real"dan 6, "Barselona"dan 4, "Atletiko"dan isə 1 futbolçu yer alıb.

Simvolik heyətin ümumi dəyəri 975 milyon avrodur.


Qapıçı:
Tibo Kurtua ("Real", 45 milyon avro);

Müdafiəçilər: Alexandro Balde ("Barselona", 50 milyon avro), Eder Militao ("Real", 70 milyon avro), Ronald Arauxo ("Barselona", 70 milyon avro), Nahuel Molina ("Atletiko", 50 milyon avro);

Yarımmüdafiəçilər: Pedri ("Barselona", 100 milyon avro), Cud Bellingem ("Real", 150 milyon avro), Frenki de Yonq ("Barselona", 90 milyon avro);

Hücumçular: Vinisius Junior ("Real", 150 milyon avro), Rodriqo Goes ("Real", 100 milyon avro), Federiko Valverde ("Real", 100 milyon avro).