Çempionlar Liqasında mövsümün ən yaxşıları və rəmzi heyəti açıqlandı

Çempionlar Liqasında mövsümün ən yaxşıları və rəmzi heyəti açıqlandı

UEFA Çempionlar Liqasında geridə qalan mövsümün ən yaxşı futbolçuları və rəmzi heyəti açıqlanıb.

mediasport.az xəbər verir ki, heyət UEFA-nın rəsmi saytında dərc edilib.

“Mançester Siti”nin yarımmüdafiəçisi Rodri mövsümün ən yaxşı futbolçusu elan edilib. “Napoli”nin gürcü hücumçusu Xviça Kvaratsxeliya isə mövsümün ən yaxşı gənc oyunçusu seçilib.

Qapıçı: Tibo Kurtua (“Real Madrid”);

Müdafiəçilər: Kayl Uolker, Ruben Diaş (hər ikisi “Mançester Siti”), Alessandro Bastoni, Federiko Dimarko (hər ikisi “İnter”);

Yarımmüdafiəçilər: Con Stounz, Rodri, Kevin De Brüyne (hamısı "Mançester Siti");

Hücumçular: Bernardo Silva, Erlinq Haland (hər ikisi “Mançester Siti”), Vinisius Junior (“Real", Madrid).