Kubokun formatı dəyişdirildi

Kubokun formatı dəyişdirildi

Türkiyə Futbol Federasiyası (TFF) kubok oyunlarının formatını dəyişdirib.

Mediasport.az xəbər verir ki, 2024/2025-ci illər mövsümündən yarışın əsas mərhələsi qrup formatında start götürəcək.

Kubok 4 qrupda hərəsində 6 komanda olmaqla 24 kollektivin iştirakı ilə keçiriləcək. Qruplarda ilk 2 yeri tutan komandalar növbəti mərhələyə çıxacaqlar.

Təsnifat və final mərhələləri bir oyundan ibarət olacaq.

Qeyd edilib ki, gələn mövsüm Türkiyəni avrokuboklarda təmsil edəcək 5 komanda birbaşa qrup mərhələsində mübarizə aparacaq.

Digər 19 kollektiv isə seçmə mərhələlərdən sonra qrupda iştirak etmək hüququ əldə edəcəklər.