Kamalın 3-cü qayıdışı
Türkiyə Superliqasında uğursuz mövsüm keçirən "Kasımpaşa" Səlcuq İnanın yerinə baş məşqçi tapıb.
mediasport.az xəbər verir ki, komandanı son iş yeri "Yeni Malatyaspor" klubu olmuş Kemal Özdeş çalışdıracaq.
Bu, 53 yaşlı mütəxəssisin "Kasımpaşa"ya üçüncü qayıdışı olub. O, 2016/2018 və 2019-cu illərdə də İstanbul təmsilçisinə rəhbərlik edib.
"Kasımpaşa" 26 turdan sonra topladığı 26 xalla turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.