Qətər Dünya çempionatından sonra daha bir yarışa ev sahibliyi edəcək
2023-cü ildə Asiya kubokunun keçiriləcəyi ölkə müəyyənləşib.
mediasport.az xəbər verir ki, dünya çempionatının ardından bu yarış da Qətərdə təşkil ediləcək və iyun-iyul aylarında təşkil olunacaq.
İndoneziya və Cənubi Koreya da turnir üçün Asiya Futbol Konfederasiyasına müraciət ünvanlamışdı. Çin isə Asiya kubokuna ev sahibliyindən imtina etmişdi.