"Atletiko" gənc futbolçu transfer edib, qapıçısı ilə vidalaşıb - RƏSMİ
İspaniya klubu "Atletiko" heyətinə gənc futbolçu cəlb edib.
Mediasport.az xəbər verir ki, "matrasçılar" Belçikanın "Antverpen" klubundan Artur Vermereni transfer edib.
18 yaşlı yarımmüdafiəçi ilə 2030-cu ilin iyununa qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Eyni zamanda, Madrid təmsilçisi qapıçı İvo Qrbiçlə vidalaşıb.
Xorvatiyalı İngiltərə Premyer Liqa təmsilçisi "Şeffild Yunayted"ə keçib.
Qrbiç 2020-ci ildən çıxış etdiyi paytaxt klubunda ümumilikdə 14 oyuna 14 qol buraxıb və 4 matçda qapısını toxunulmaz saxlayıb.