Mahir yenə zədələndi

Mahir yenə zədələndi

Mahir Əmrəli üçün uğursuzluq davam edir.

MediaSport.az xəbər verir ki, Zaqreb "Dinamo"sunun hücumçusu Xorvatiya çempionatının "Slaven Belupo" ilə oyunu öncəsi növbəti dəfə zədə alıb.

Milli komandamızın üzvünün hansı şəraitdə zədələndiyi barədə məlumat yoxdur. O, iyulda belindəki zədəyə görə "Dinamo"nun bir neçə oyununu buraxmışdı. Ondan sonra özünü toparlamağa çalışsa da, baş məşqçi Ante Çaçiç Mahirə, demək olar ki, şans vermir.