"Qarabağ"ın çox yaxşı komanda olduğunu Xorvatiyada gördük"
"Qarabağ"ın çox yaxşı komanda olduğunu Xorvatiyada gördük. Ümid edirəm ki, Bakıda yaxşı nəticə qazanacağıq".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi "Dinamo"nun (Zaqreb) futbolçusu Martin Baturina deyib.
Yarımmüdafiəçi "Maksimir" stadionunda keçirilən birinci qarşılaşmanı xatırlayıb:
"İlk matçda fürsətlərdən düzgün yararlandığımız üçün şadam. Üstünlük bizim tərəfimizdədir. Onu qoruyub saxlamaq istəyirik. Qapıçımız İvan Nevistiçin evdəki inamlı oyununu da qeyd etməliyəm".
Baturina Bakıda keçiriləcək oyunda da qələbə qazanmaq istədiklərini söyləyib:
"Hazırda özümü yaxşı hiss edirəm. Günü-gündən inkişaf etməyə çalışıram. Cavab oyununda bizim tərəfdən qolu hansı futbolçunun vuracağının önəmi yoxdur".