ÖZƏL! Mahmudovdan "Neftçi"yə son şans, yoxsa bu komandaya keçəcək
Artıq 2 aydan çoxdur ki, "Neftçi"-Emin Mahmudov düyünü çözülməyib. 31 yaşlı kapitanın klubla müqaviləsi başa çatmaq üzrə olsa da, tərəflər yeni anlaşmanı razılaşdıra bilməyiblər.
mediasport.az saytına maraqlı məlumat daxil olub. Əldə etdiyimiz informasiyaya görə, yeni müqavilə şərtlərinə qane olmayan yarımmüdafiəçi "ağ-qaralar"ın rəhbərliyi ilə son dəfə danışıqlara gedəcək. Bu dəfə də müsbət nəticə əldə edilməsə, Mahmudov yeni mövsümə "Sabah"da başlayacaq. Belə deyək, tarixində ilk dəfə avrokuboklara vəsiqə qazanan Masazır təmsilçisi Emini artıq qapıda gözləyir.
Milli komandamızın üzvünün adı bir müddətdir Cənubi Koreya və Səudiyyə Ərəbistanı klubları ilə də yanaşı hallanır. Lakin o, üstünlüyü yaxın çevrəsindən olan təkliflərə verib.
Son qərar Azərbaycan Kubokunun "Qəbələ" ilə final görüşündən sonra məlum olacaq.