"Mançester Siti" futbolçusunu paytaxt klubuna icarəyə göndərib
İngiltərə Premyer Liqasında avrokuboklar uğrunda yarışan "Vest Hem" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, "çəkicdöyənlər" "Mançester Siti"dən Kalvin Filipsi heyətinə qatıb.
28 yaşlı yarımmüdafiəçi mövsümün sonunadək icarə əsasında London klubunun formasını geyinəcək.
Devid Moyesin baş məşqçisi olduğu kollektiv yayda 46,5 milyon avro ödəyərək İngiltərə millisinin üzvünü birdəfəlik transfer edə bilər.
Filips cari mövsüm "şəhərlilər"in heyətində 10 oyun keçirib, 1 qol vurub.