Qapıçının da qol vurduğu oyunçulardan ibarət rəmzi "11-lik"

Qapıçının da qol vurduğu oyunçulardan ibarət rəmzi "11-lik"

Cari mövsüm bütün turnirlər daxil olmaqla Avropanın "böyük beşlik" çempionatlarında ən çox qol vuran futbolçulardan ibarət simvolik "11-lik" təşkil edilib.

Mediasport.az xəbər verir ki, "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Bayer"in 2 futbolçusu rəmzi komandada yer alıb.

Xatırladaq ki, heyətin ümumi dəyəri 803 milyon avrodur.

TOP-5 liqalarda ən çox qol vuran futbolçulardan ibarət simvolik "11-lik":

Qapıçı: İvan Provedel ("Latsio", 14 milyon avro, 1 qol)

Müdafiəçilər: Aleksandro Qrimaldo ("Bayer", 35 milyon avro, 9 qol), Serxio Ramos ("Sevilya", 4 milyon avro, 5 qol), Şansel Mbemba ("Olimpik" M, 15 milyon avro, 5 qol), Ceremi Frimponq ("Bayer", 50 milyon avro, 7 qol)

Yarımmüdafiəçilər: Cud Bellingem ("Real", 180 milyon avro, 17 qol), Hakan Çalhanoğlu ("İnter", 40 milyon avro, 10 qol)

Hücumçular: Kilian Mbappe (PSJ, 180 milyon avro, 26 qol), Harri Keyn ("Bayern", 110 milyon avro, 26 qol), Lautaro Martines ("İnter", 110 milyon avro, 20 qol), Məhəmməd Salah ("Liverpul", 65 milyon avro, 18 qol)

Rövşən

Mənbə: "Transfermarkt"