Çempionlar Liqası: "Qalatasaray" son dəqiqələrdə xilas oldu - VİDEO

Çempionlar Liqası: "Qalatasaray" son dəqiqələrdə xilas oldu - VİDEO

UEFA Çempionlar Liqasının qrup mərhələsində 1-ci tura yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə də 8 matç keçirilib.

Türkiyənin yarışdakı təmsilçisi "Qalatasaray" İstanbulda məğlubiyyətdən son dəqiqələrdə xilas olub, "Arsenal" isə evdə PSV-ni darmadağın edib.


UEFA Çempionlar Liqası. Qrup mərhələsi. 1-ci tur


A qrupu

Qalatasaray (Türkiyə) - Kopenhagen (Danimarka) 2:2

Qollar: Saşa Boey, 86, Tete, 88 - Mohammed Elyunusi, 35, Dioqo Qonçalves, 58.

Bavariya (Almaniya) - Mançester Yunayted (İngiltərə) 4:3

Qollar: Leroy Sane, 28, Serji Qnabri, 32, Harri Keyn, 54 (pen), Mateus Tel, 90+2 - Rasmus Hoylund, 49, Kazemiro, 88, 90+4.


B qrupu

Arsenal (İngiltərə) - PSV (Niderland) 4:0

Qollar: Bukayo Saka, 8, Leandro Trossar, 20, Qabriel Jezuş, 38, Martin Odeqar, 70.

Sevilya (İspaniya) - Lans (Fransa) 1:1

Qollar: Lukas Okampos, 9 - Angelo Fulgini, 24.


C qrupu

Braqa (Portuqaliya) - Napoli (İtaliya) 1:2

Qollar: Bruma, 84 - Di Lorenso, 45+1, Niakate, 88 (avtoqol).

Real (İspaniya) - Union Berlin (Almaniya) 1:0

Qol: Cud Bellingem, 90+4.


D qrupu

Benfika (Portuqaliya) - Zaltsburq (Avstriya) 0:2

Qollar: Roko Simiç, 15 (pen), Oskar Qlux, 51.

Real Sosyedad (İspaniya) - İnter (İtaliya) 1:1

Qollar: Brais Mendes, 4 - Lautaro Martines, 87.