Marko Yankoviç Avropa Liqasında həftənin rəmzi komandasına düşüb
"Sofascore" statistika nəşri Avropa Liqası pley-off mərhələsinin cavab matçlarından sonra həftənin rəmzi komandasını müəyyənləşdirib.
Mediasport.az xəbər verir ki, simvolik "11-lik"də "Qarabağ"ın yarımmüdafiəçisi Marko Yankoviç də yer alıb.
Monteneqrolu futbolçunun çıxışı 8,1 balla qiymətləndirilib.
Qeyd edək ki, 29 yaşlı futbolçu "Braqa" ilə görüşdə 120 dəqiqə meydanda olub.