Julio Romaonun arzusu
"Qarabağ"ın futbolçusu Julio Romao Braziliya mətbuatına açıqlama verib.
MediaSport.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə UEFA Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq arzusunda olduğunu deyib.
Roma bildirib ki, komandası bunu bacaracaq potensialdadır: "Ümid edirəm ki, mən də yaxşı oyunlar keçirərək komandamla qrup mərhələsinə yüksələcəyik. Hər bir oyunçu Çempionlar Liqasında oynamaq arzusundadır. Məqsədimizə çatmaq üçün bacardığımızı edəcəyik".
Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində Cəbəllütariqin “Linkoln” klubu ilə qarşılaşacaq.