"Sabah" Konfrans Liqası ərəfəsi daha bir futbolçunu yola saldı
2024/2025 mövsümünə hazırlıqlarını davam etdirən "Sabah" müdafiəçisi Maruan Hadudi ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, mərakeşli futbolçu ilə mövsümün sonunda başa çatan müqavilə müddəti yenilənməyib.
Xatırladaq ki, Kruonslav Renduliçin komandası daha əvvəl Davit Volkov, Kristian Sebalyos, Rauf Rüstəmli və Kristian da Silva ilə vidalaşıb.