MediaSport.az yazdı, "Zirə" təsdiqlədi: Qəsəbə klubunda 3 yeni müqavilə

MediaSport.az yazdı, "Zirə" təsdiqlədi: Qəsəbə klubunda 3 yeni müqavilə

“Zirə” 3 futbolçu ilə müqavilə müddətini artırıb.

MediSport.az xəbər verir ki, komandada son 3 mövsümü icarə əsasındakeçirən Hacıağa Hacılı ilə 2, Anar Nəzirovla isə 1 illik müqavilə imzalanılıb.

Həmçinin, ötən mövsümü icarə əsasında “Zirə”də çıxış etmiş Rüstəm Əhmədzadə daha bir illik icarəyə götürülüb. “Qarabağ”a məxsus hücumçu növbəti mövsümün sonuna qədər komandamızda çıxış edəcək.

Qeyd edək ki, "Zirə"nin Rüstəm Əhmədzadə ilə anlaşdığını MediaSport.az saytı səhər saatlarında yazıb.

(https://mediasport.az/rustem-ehmedzadenin-karyerasini-harada-davam-etdireceyi-deqiqlesdi)