"Turan Tovuz" Luis Enrikeni gətirib bir futbolçunu yola saldı - RƏSMİ
"Turan Tovuz" komandası növbəti transferini gerçəkləşdirib, daha bir futbolçu ilə isə yollarını ayırıb.
MediaSport.az xəbər verir ki, bölgə təmsilçisi braziliyalı futbolçu Luis Enrike Paçunu heyətinə qatıb.
27 yaşlı hücumçu ilə 2 illik müqavilə imzalanıb. Forvardın son klubu Portuqaliyanın "Trofense" klubu olub.
Ayxan Abbasovun komandası Ehtiram Şahverdiyevlə bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.