"Səbail" qış fasiləsində ikinci transferini rəsmiləşdirib - RƏSMİ
Bir neçə gün əvvəl xəbər verdiyimiz kimi (https://mediasport.az/azerbaycan-premyer-liqasi-klubunun-yeni-transferi-bakiya-gelib), “Səbail” qış fasiləsində ikinci transferini də rəsmiləşdirib.
Mediasport.az saytının məlumatına görə, Bayıl təmsilçisi bu dəfə hücumçu Ayub Timbe Masika ilə müqavilə bağlayıb.
Son klubu Çində "Nanjinq Siti" olan 32 yaşlı keniyalı forvard "dənizçilər"lə 6 ay+1 illik anlaşmaya qol çəkib.
2012-ci ildən ölkəsinin milli komandasında çıxış edən vinger “Genk”, “Lyers”, "Ridinq", "Vissel Kobe" və “Buriram Yunayted” klublarında forma geyinib.
O, Keniya yığmasının heyətində 28 oyuna 4 qol vurub.
Bakı klubu daha əvvəl cinah yarımmüdafiəçisi Madi Ketanı sıralarına qatıb.