Rüstəm Əhmədzadənin karyerasını harada davam etdirəcəyi dəqiqləşdi

Rüstəm Əhmədzadənin karyerasını harada davam etdirəcəyi dəqiqləşdi

İcarə əsasında "Zirə"də çıxış edən Rüstəm Əhmədzadənin karyerasını hansı klubda davam etdirəcəyi dəqiqləşib.

MediaSport.az saytına verilən məlumata görə, Azərbaycan milli komandasının futbolçusu daha 1 il qəsəbə təmsilçisinin formasını geyinəcək.

Rəşad Sadıqovun komandası forvardın müqavilə ilə məxsus olduğu "Qarabağ"la anlaşmanın uzadılmasını razılaşdırıb. Əhmədzadənin Ağdam klubu ilə müqaviləsi 2026-cı ilin yayına qədərdir.

Ukraynanın "Zirka" klubunun yetirməsi "Zirə"də ümumilikdə 32 oyuna 2 qol vurub. O, doğulub boya-başa çatdığı ölkədə “Aleksandriya”, “Kolos”, “Poddolye” və “Minay”ın formasını geyinib.

2021-ci ildən şərəfini qoruduğu millimizin heyətində 6 dəfə meydana çıxıb.