"Məqsədimiz qrupa vəsiqə qazanmaqdır" - Abdullah Zubir

"Məqsədimiz qrupa vəsiqə qazanmaqdır" - Abdullah Zubir

"Oyuna hazırıq. İlk mərhələdən hədəfimiz qrup mərhələsinə vəsiqə qazanmaq idi. Bunun üçün mübarizə aparacağıq".

Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın kapitanı Abdullah Zubir deyib.

Təcrübəli futbolçu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Dinamo" (Xorvatiya) ilə ilk oyunundan öncə keçirilən mətbuat konfransında fikirlərini bölüşüb:

"Zaqrebdə olduğum üçün çox şadam. Pley-offun ilk oyununu keçirəcəyik. Əlimizdən gələni edəcəyik ki, şansdan yararlanaq. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır".

Xatırladaq ki, görüş bu axşam Zaqrebin "Maksimir" stadionunda baş tutacaq və Bakı vaxtilə saat 23:00-da start götürəcək.