Şahruddin "Beşiktaş"la matçda oyunun ən yaxşısı seçilib - VİDEO
Türkiyə Superliqasında 22-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, "Hatayspor" - "Alanyaspor" matçında qalib müəyyənləşməyib. Birincilərin heyətində Azərbaycan millisinin hücumçusu Renat Dadaşov start heyətdə oyuna çıxıb və 79-cu dəqiqəyə qədər oynayıb.
"Beşiktaş" - "Adana Dəmirspor" görüşü qolsuz bitib. Qonaqların heyətində Azərbaycan yığmasının qapıçısı Şahruddin Məhəmmədəliyev 90 dəqiqə mübarizə aparıb, 6 qurtarışla yadda qalıb və sonda oyunun ən yaxşısı seçilib.
Hatay klubu yarışın turnir cədvəlində 22 xalla 14-cü, Adana təmsilçisi 31 xalla 6-cı pillədə qərarlaşıb.
Türkiyə Superliqası. 22-ci tur
"Hatayspor" - "Alanyaspor" 1:1
"Beşiktaş" - "Adana Dəmirspor" 0:0