"Sabah"ın "Makkabi" ilə KL oyununun hakimləri müəyyənləşdi

 "Sabah"ın "Makkabi" ilə KL oyununun hakimləri müəyyənləşdi

Azərbaycanı Avropa Konfrans Liqasında təmsil edəəck "Sabah"ın 2-ci təsnifat mərhələsində "Makkabi"yə (Hayfa, İsrail) qarşı keçirəcəyi cavab oyunun hakimləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, Masazırda keçiriləcək görüşü Slovakiyadan olan ədalət təmsilçiləri idarə edəcəklər.

Baş hakim Peter Kraloviç olacaq. Ona yan xəttdə Tomaş Straka və Matey Zemko kömək edəcəklər.

Boris Marefka dördüncü hakim funksiyasını yerinə yetirəcək.

Matç avqustun 1-də keçiriləcək və saat 20:00-da başlanacaq.