Millimiz 14-cü Avropa çempionatına qələbə ilə başladı

Millimiz 14-cü Avropa çempionatına qələbə ilə başladı

Almaniyanın Düsseldorf şəhərində at polosu üzrə 14-cü Avropa çempionatının ilk qrup oyunları təşkil olunub.

Mediasport.az xəbər verir ki, heyətində kapitan Elçin Camallı, oyunçular Tərlan Qurbanəliyev, Xoakin Kopello və Andres Ernesto Lorentonun yer aldığı millimiz ilk qrup oyununu turnirin favoritlərindən sayılan İspaniya yığmasına qarşı keçirib və 6:5 hesabı ilə qələbə qazanaraq aktivinə 1 xal yazdırıb.

Gərgin mübarizədə kapitan Elçin Camallı qollardan ikisini aktivinə yazdıraraq dubl edib.

Millimizin çıxış etdiyi “A” zona qrupunun digər görüşündə isə İtaliya millisi İsveçrə üzərində 6:2,5 hesabla inamlı qələbə qazanıb. İlk görüşün nəticələrinə əsasən aktivlərində 1 xal olan İtaliya və Azərbaycan yığmaları qrupda ilk iki, İspaniya 3-cü, İsveçrə isə 4-cü yerdə qərarlaşıb.

Təmsilçilərimiz qrupun ikinci matçını bu gün son Avropa çempionu İtaliyaya qarşı keçirəcək.