Azərbaycan "DÇ-2024"ün ilkin seçmə mərhələsinə qələbə ilə başladı
Futzal üzrə Dünya çempionatının əsas mərhələsinin VI qrupunda yer alan Azərbaycan millisi ilk oyununu keçirib.
MediaSport.az xəbər verir ki, Joze Alesio da Silvanın rəhbərlik etdiyi kollektiv Bakıda Polşa millisi ilə qarşılaşıb.
Kifayət qədər gərgin və maraqlı keçən matç yığmamızın qələbəsi ilə yekunlaşıb - 4:3.
Futzal, DÇ-2024-ün əsas mərhələsi, VI qrup
Azərbaycan - Polşa 4:3
Qollar: Xətai Bağırov, 9.59, Rafael Vilela, 16.38, 23.06, Bolinya, 33.31 - Mrovyek, 6.6, Sebastyan Leşçak, 24.24, Kamil Surmyak, 26.39
Hakimlər: Aslan Qalayev, Talqat Kosmukhambetov, Turekhan Tursumbayev (hamısı Qazaxıstan)
Timekeeper: Rza Məmmədov (Azərbaycan)
Hakim-inspektor: Sven Eikler (Almaniya)
UEFA nümayəndəsi: Andrey Miadzvedzeu (Belarus)